Oğzuda ağır QƏZA:  1 ölü, 3 yaralı - YENİLƏNİB
25 avqust 2023 20:58 (UTC +04:00)

Oğzuda ağır QƏZA: 1 ölü, 3 yaralı - YENİLƏNİB

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki,bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub. Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***

Saat 17:39

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 16:30-da Oğuz-Sincam-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2107” və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini, 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər, rayonun Sincan kənd sakinləri, 1990-cı il təvəllüdlü İntiqam İnqilab oğlu Nəbiyev, onun atası 1964-cü il təvəllüdlü İnqilab Nəbi oğlu Nəbiyev və 1957-ci il təvəllüdlü Şaid Əli oğlu Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3768

Oxşar yazılar