Oğuzda gənc oğlan odlu silahdan atəş nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 22 yaşlı Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.