Bakıda marketin seyfi qarət olunub.
Lent.az xəbər verir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb.
Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.