Novxanıda qəza zamanı yaralanan sürücü xəstəxanaya yerləşdirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, sürücü 45 yaşlı Allahverdiyev Mübariz Nizami oğlu xəstəxanada ölüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.