"NAZ Lifan" qadınları vurdu, ölən var
12 oktyabr 2022 09:54 (UTC +04:00)

"NAZ Lifan" qadınları vurdu, ölən var

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Qaradəmirçi-Bərdə yolunda qeydə alınıb. Qarayev Eldəniz Valeh oğlu idarə etdiyi "LF7132/2-320" (NAZ Lifan) markalı avtomobillə yolu keçən Rəsulova Tünzalə İsmayıl qızı və Səlimxanzadə Günel Şakir qızını vurub. Nəticədə T. Rəsulova rayon Mərkəzi Xəstəxanasında ölüb. Dİgəri isə orada müalicə alır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar