Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
22 mart 2025 16:50 (UTC +04:00)

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.

Lent.az xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar