Namizəd Səfərov həbs olundu
11 dekabr 2025 09:14 (UTC +04:00)

Namizəd Səfərov həbs olundu

0

Dələduzluq etməkdə təqsirləndirlən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbrinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar