Mingəçevir su anbarında batan zaqatalalı balıqçının meyiti tapıldı
18 iyul 2024 11:00 (UTC +04:00)

Mingəçevir su anbarında batan zaqatalalı balıqçının meyiti tapıldı

Bir ay əvvəl Mingəçevir su anbarında batan zaqatalalı balıqçının meyiti tapılıb.

Lent.az xəbər verir ki, 55 yaşlı Vüqar Həsənovun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, iyun ayında Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu Mingəçevir su anbarında balıq tutarkən batıblar.  

R.Hüməbətovun meyiti hadisədən dərhal sonra tapılsa da V. Həsənovun meyitini bir ay tapmaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8376
avatar

Oxşar yazılar