Qax sakininin meyiti tapılıb , Zaqatala sakininin axtarışları davam edir - YENİLƏNİB
24 iyun 2024 14:38 (UTC +04:00)

Qax sakininin meyiti tapılıb, Zaqatala sakininin axtarışları davam edir - YENİLƏNİB

Mingəçevir su anbarında batanlardan birinin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlunun meyiti tapılaraq ailəsinə təhvil verilib. 

Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun axtarışları isə davam edir.

***

saat 08:45

Mingəçevirə balıq ovuna gedən Zaqatala və Qax sakinləri su anbarında batıb.

Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Mingəçevir su anbarına balıq ovlamağa gedən Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu və Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlu yoxa çıxıb. Onların suda boğulduğu ehtimal edilir. 

Hazırda axtarışlar davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16554
avatar

Oxşar yazılar