Məhkəmə hakiminə qarşı 5 milyonluq DƏLƏDUZLUQ
26 sentyabr 2023 13:04 (UTC +04:00)

Məhkəmə hakiminə qarşı 5 milyonluq DƏLƏDUZLUQ

Leninqrad vilayətində məhkəmə hakiminə qarşı külli miqdarda dələduzluq edilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, fırıldaqçılar mesaj vasitəsilə 49 yaşlı qadın hakimlə əlaqə saxlayıblar. Onlar özlərini qadının rəisləri kimi təqdim ediblər.

Qadınla ünsiyyət zamanı cinayətkarlar deyiblər ki, guya kimsə ona görə kredit götürmək üçün müraciət etmək istəyir. Bu səbəblə də o, təkbaşına kredit götürməli və pulu “təhlükəsiz hesablara” yönəltməlidir.

Hakim yalnız bir neçə kredit götürdükdən və 5 milyon rublu (təxminən 88 min 500 manat) naməlum şəxslərə göndərdikdən sonra polislə əlaqə saxlayıb.

Hadisə ilə bağlı qruplaşmanın təşkil etdiyi dələduzluq maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar