Ağcabədi rayon Polis Şöbəsinə şəhər sakini M.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları avtomobili Rəncbərlər kənd sakini R.Əsədovun qaçırdığını müəyyən ediblər. Bundan başqa, məlum olub ki, o, avtomobili Hindarx qəsəbəsi ərazisində idarə edərkən qəsəbə sakinləri Ş.Quliyevə məxsus “İJ” və S.Səfərova məxsus “VAZ-2101” markalı avtomobilləri vurduqdan sonra mağazalardan birinin divarına çırpıb və yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.