Masazırda marketlərdən ərzaqlar oğurlandı
24 may 2024 14:54 (UTC +04:00)

Masazırda marketlərdən ərzaqlar oğurlandı

Abşeronda marketlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Masazır qəsəbəsi ərazisində yerləşən iki marketdən ümumilikdə 900 manat dəyərində ərzaq məhsulları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən O.Əliyev və A.Həşimov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar