Lənkəranda övladlığa verilən qız qaçırılıb? - İDDİA  -YENİLƏNİB
04 sentyabr 2023 11:34 (UTC +04:00)

Lənkəranda övladlığa verilən qız qaçırılıb? - İDDİA -YENİLƏNİB

"Neçə müddətdir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu qızın məsələsi ilə bağlı araşdırmalar aparır".

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, yeniyetmənin rəsmi olaraq soyadını daşıdığı valideynlərinin yanından getməsi ilə məxfilik pozulub:

"Uşaq iddia edir ki, mən bioloji valideynlərimlə qalmalıyam. Amma bundan əvvəl o uşaq hər iki tərəfdən təcrid olunmalıdır. Onu öyrədilib-öyrədilməməsini heç kim bilə bilməz. Amma bu gün uşaq o valideynlərin soyadını daşıyırsa, qanun onların tərəfindədir. Uşağın öyrədilib-öyrədilməməsi, onun hansı mühitdə olub-olmamasını Daxili İşlər Nazirliyi və ya Baş Prokurorluq yox, Sodial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin və Lənkəran İcra Hakimiyyəti yanında aiddiyəti komissiya araşdırmalıdır. Bu qurumlar həmin uşağın mənəvi ailədən bioloji ailəyə verilməsi ilə bağlı qəbul olunan məhkəmə qərarına qədər onu hər iki ailədən təcrid etməlidir".

***

Saat

10:47

“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar:

“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır.

Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5742
avatar

Arzu Qurbanlı

Oxşar yazılar