Lənkəranda avtomobil piyadanı vurub öldürdü
23 may 2026 16:11 (UTC +04:00)

Lənkəranda avtomobil piyadanı vurub öldürdü

0

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib.

Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 61 yaşlı Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb, “VAZ” yoldan çıxaraq dirəyə dəyib.

Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar