Lənkəranda evlərdən silsilə oğurluqlar edilib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evə daxil olaraq pul, qızıl-zinət və məişət əşyaları talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Orxan Quluzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, O.Quluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.