Lahıcda 9200 manatlıq MİS QABLAR  oğurlandı
20 aprel 2022 13:13 (UTC +04:00)

Lahıcda 9200 manatlıq MİS QABLAR oğurlandı

İsmayıllıda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 18-nə keçən gecə Lahıc qəsəbəsi ərazisində yerləşən “Misgərlik” mağazasından 9200 manat dəyərində və bir evdən 420 manat dəyərində mis qablar oğurlanıb.

Bu barədə İsmayıllı rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Murad Abdullayev və qardaşı, Bakı şəhər sakini Timur müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır. 

# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar