Kişi liftdə   diri-diri yandı
13 dekabr 2023 10:59 (UTC +04:00)

Kişi liftdə diri-diri yandı

Xarkovda doqquzmərtəbəli binanın liftində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, ölkənin Fövqəladə Hallar Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə saat 05:24-də Sergey Gritsevets küçəsində, 9 mərtəbəli yaşayış binasında baş verib. 

Liftin şaxtasında təxminən 8 kv.m sahə yanıb. Yanan liftin içərisində kişi meyiti tapılıb. Onun şəxsiyyəti, ölüm səbəbi və yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Pilləkən qəfəsində güclü tüstülənmə səbəbindən xilasedicilər 10 sakini küçəyə təxliyyə ediblər. Yanğın saat 06:55-də söndürülüb.

Xarkov şəhər şurası bildirib ki, çoxmərtəbəli binanın liftində baş verən yanğının səbəbi texniki nasazlıq deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Oxşar yazılar