Məmmədov Tahir Məmmədqulu oğlu və narkotiklər
03 mart 2022 14:44 (UTC +04:00)

Məmmədov Tahir Məmmədqulu oğlu və narkotiklər

İranla sərhəddə qaçaqmalçı tutuldu - FOTO

Külli miqdarda narkotikin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, martın 2-də saat 21:05-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli rayon sakini 61 yaşlı Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyənləş­dirilib. Əlindəki idman çantası və bağlamaya baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb.

Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər məhkum olması müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42