Kamboca timsah fermasının sahibi hasarın arxasına yıxılıb və orada 40 yırtıcı sürünən ona hücum edib.
Lent.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Yerli polis rəisi Mei Savrai bildirib ki, mərhum Luna Nama timsahı yumurtaların qoyulduğu qəfəsdən qovmağa çalışıb. Lakin heyvan kişinin onu qovmağa çalışdığı çubuqdan yapışıb.
Nəticədə kişi müqavimət göstərə bilməyərək hasarın arxasına yıxılıb və orada digər 40 sürünən tərəfindən parçalanıb.
Məlumata görə, Luna Nama uzun illər timsah yetişdirməyi dayandırmağı tövsiyə edilib. Lakin o, öz mövqeyində dayanıb və hətta yerli fermerlər assosiasiyasının prezidenti olub.