Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 46 yaşlı Rafiq Cəfərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
27 mart, saat 22:47
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Kənd sakini 46 yaşlı Rafiq Cəfərov övladı 17 yaşlı şərti adı G.C.ni ailə münaqişəsi zəminində bıçaqla yaralamaqda ittiham olunur.
Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon Mərkəzi Xəstəxanasının əməkdaşları ilkin yardım göstərib, vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.