Gəncədə QƏZA:  3 nəfər yaralandı
17 avqust 2026 21:32 (UTC +04:00)

Gəncədə QƏZA: 3 nəfər yaralandı

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Hadisə zamanı 1998-ci il təvəllüdlü O. Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova xəsarət alıb.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar