Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının birindəki mənzildə qeydə alınıb.
1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.
Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Bildirilib ki, həmin şəxslər evdə dəm qazından zəhərləniblər.
Qeyd edək ki zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.