Gecə yarısı işləyən kafenin sahibi tutuldu
10 fevral 2022 10:53 (UTC +04:00)

Gecə yarısı işləyən kafenin sahibi tutuldu

Bərdədə karantin qaydalarını pozan çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən çay evi aşkarlayıblar.

Çay evinin sahibi Təyyar Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o,10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Mehman Nəbiyev

Oxşar yazılar