Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.
Lent.az sosial şəbəkələrə (Zaqatala News) istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin vəfat etdiyi gün, yəni dünən onun evliliyinin 5-ci ildönümü imiş.
Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib.
Xatırladaq ki, B.Sulxayev 2 uşaq atası imiş.
Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.
***
25 may, saat 13:04
Zaqatalada bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Mamrux kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu nəfəs borusuna düşüb.
Nəticədə o dünyasını dəyişib.