Əvəz Zeynallının videogörüntüləri hakimlərə niyə verilmədi? – MƏHKƏMƏ
25 avqust 2023 16:26 (UTC +04:00)

Əvəz Zeynallının videogörüntüləri hakimlərə niyə verilmədi? – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az xəbər verir ki, prosesdə şahid qismində ifadə verən Vüsal Salayev deyib ki, Elnur Şükürovu 2007-ci ildən tanıyır: "Teymur tanışım idi. O dedi ki, bacısının həyətində obyekt tikmək istəyir, adam tapmaq lazımdır ki, ordakı ağac kəsilsin. Mən də Elnura bildirdim ki, dostumuz var, ona kömək etmək lazımdı. O da kömək elədi. Başqa heç nə bilmirəm. Kim nə qədər pul aldı, nə elədi, xəbərim yoxdu. Sonradan eşitdim ki, Teymur Nəzakət xanıma pul atıb qaçıb gedib. Mənə Elnur Şükürov dedi ki, ona köməklik etdim, amma qadını aldadıb pulunu Teymur alıb. Mənə dedi ki qadına denən getsin pulunu alsın.

Əvəz Zeynallını heç vaxt tanımamışam. Onu ancaq sosial şəbəkələrdən tanımışam".

Digər şahid Hacıbaba Cəfərov isə deyib ki, evlərinin yanında boş sahə olub, həmin ərazidə obyekt tikmək istəyib: "Bu barədə dayıma dedim, dayım da Teymur adlı dostuna bildirdi. Oda qeyd edib ki, kömək edərəm. Amma buna görə bizdən 14 min manat istədi. Razılaşmadıq. Sonra gəldi bizdən 7 min manat aldı, dedi işi düzəldirəm. Bir gün gördük ki, həmin yerdəki ağac kəsilib. Teymur söylədi ki, ağacı kəsdirdi, obyekti tikə bilərik. Bizdən əlavə 4 min manat da aldı. Mən ondan obyektin tikintisi üçün sənədi istədim, bəyan etdi ki, sənəd ala bilməyib, şifahi razılıq alıb. Biz də sənəd olmadığı üçün obyekti tikmədik, saxladıq. Sonra Teymurdan pulu istədik. Əvvəlcə dedi ki, pulu qaytaracam, amma sonra yoxa çıxdı. Biz məsələ ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etdik. Bir dəfə işdən çıxanda mənə zəng vurub Binəqədidə çağırdılar. Elə bildim ki, Teymurla bağlı şikayət etdiyim üçün çağırıblar. Orda məndən Əvəz Zeynallı və Elnur Şükürovun soruşdular. Mən də dedim heç birini tanımıram. Mən Teymuru tanıyıram, bizim pulumuzu alıb qaçan o olub".

Prosesdə ifadə verən digər şahid Mübariz Şükürov bildirib ki, o nə Əvəz Zeynallı, nə də Elnur Şükürovu tanımayıb: "Bacımın evinin arxasında yer var idi, oranı tikmək istəyirdik. Teymurla ailəvi dost idim. Ona dedim. Söz verdi ki, həll edəcək. 14 min manat pul istədi, 7 min manat verdik, dedik ki, qalanını da obyekt hazır olandan sonra verəcəyik. Bir müddətdən sonra gəldi ki, ağacı kəsdirib, razılıq alıb, 4 min manat da lazımdı. Bacım da həmin məbləği verib. Sonradan sənəd tələb etdik, dedi ki sənəd yoxdu. Biz də Sumqayıt şəhər prokurorluğuna şikayət etdik. Bir müddətdən sonra bizi Binəqədi prokurorluğuna çağırdılar".

Məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Əvəz Zeynallı barədə göndərilən sorğunun cavabı açıqlanıb. Sorğuda göstərilib ki, Əvəz Zeynallının qurumun binasına daxil olması barədə videogörüntü məhkəməyə təqdim edilsin.

Sorğunun cavabında  bildirilib ki, ərazidə videomüşahidə kamerası var və işlək vəziyyətdədir. Lakin videomüşahidə görüntüləri 26 gün saxlanılır. Ona görə də həmin videogörüntünün təqdim edilməsi mümkün deyil.

Prosesdə vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə, həmçinin  ailəsinə ümumi etibarnamə verilməsi  barədə vəsatət qaldırdı.

Prokuror etibarnamə ilə bağlı  vəsatətin təmin olunmamasını istəyib.

Hakim etibarnamənin qismən verilməsini təmin etdi. Ev dustaqlığı vəsatəti təmin edilmədi.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03