DSX və DİN-dən birgə ƏMƏLİYYAT : narkotik gətirən qardaşlar tutuldu
18 iyul 2024 12:31 (UTC +04:00)

DSX və DİN-dən birgə ƏMƏLİYYAT: narkotik gətirən qardaşlar tutuldu

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

DSX mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, iyulun 16-da saat 02:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirən Qazax rayon sakini 40 yaşlı Rəsulov Kamil Səttar oğlu saxlanılıb.

Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 42 yaşlı İsgəndərov Elçin Əliağa oğlu, 39 yaşlı İsgəndərov Gülağa Əliağa oğlu və 35 yaşlı Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX və DİN birgə əməliyyat keçirib, narkotik qaçaqmalçılığı ilə bağlı 4 nəfər saxlanılıb- FOTO DSX və DİN birgə əməliyyat keçirib, narkotik qaçaqmalçılığı ilə bağlı 4 nəfər saxlanılıb- FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar