Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.