Daha 90 milyon  Azərbaycana qaytarıldı
20 fevral 2025 15:05 (UTC +04:00)

Daha 90 milyon Azərbaycana qaytarıldı

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hazırkı vaxtadək Bakı şəhərinin Xəzər, Yasamal və Xətai rayon prokurorluqları tərəfindən keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 53,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 90,6 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827

Oxşar yazılar

Kəlbəcər sakini Goranboyda minaya düşdü

Kəlbəcər sakini Goranboyda minaya düşdü

31 may 2025 , 14:13
Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55
Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31 may 2025 , 09:25
Goranboyda qardaş bacısını bıçaqladı

Goranboyda qardaş bacısını bıçaqladı

31 may 2025 , 07:48