Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
***
25.03.2024
Saat: 17:11
Cəlilabad rayon sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəfəq Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.