Dənizkənarı Milli Parkda bir nəfər suya düşüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.