Bu universitetin keçmiş şöbə müdiri tələbələrdən 226 min manat rüşvət alıb? -  İTTİHAM
23 avqust 2021 17:55 (UTC +04:00)

Bu universitetin keçmiş şöbə müdiri tələbələrdən 226 min manat rüşvət alıb? - İTTİHAM

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirlndirilən şəxs Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb.

D.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra Dürdanə Əliyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Oxşar yazılar