Türkiyədə körpə yanaraq ölüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Samsun vilayətində Alaçam qəsəbəsində baş verib. Burada dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər 1 yaşlı Ömər Xalis Dursunun yanmış meyitini aşkarlayıblar.
Yanğının elektrik naqillərindəki qısaqapanma səbəbilə meydana gəldiyi bildirilir.