"Beş Barmaq"da FACİƏ:  Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ  - YENİLƏNİB
08 iyul 2025 11:08 (UTC +04:00)

"Beş Barmaq"da FACİƏ: Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ - YENİLƏNİB

İyulun 7-də Bakı şəhər sakini 36 yaşlı Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***
7 iyul, saat: 16:57

Siyəzəndə faciəli hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə "Beş Barmaq" dağında qeydə alınıb.

Dağdan paraşütlə atılan Nuranə adlı qız qəzaya uğrayıb. Onun paraşütü qayaya çırpılıb.

Nəticədə qız ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3332

Oxşar yazılar