Balakən sakinləri Şəkidə QƏZAYA DÜŞDÜ:  sürücü öldü, qardaşı yaralandı
14 iyul 2025 13:00 (UTC +04:00)

Balakən sakinləri Şəkidə QƏZAYA DÜŞDÜ: sürücü öldü, qardaşı yaralandı

Şəkidə yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün Şəkinin Çeşməli kəndi ərazisində baş verib.

Balakən sakini, 1952-ci il təvəllüdlü Yusif Şəmsəddin oğlu Muradov idarə etdiyə "Lada Prioara" markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə girib.

Hadisə zamanı sürücü Y. Muradov dünyasını dəyişərək sükan arxasında qalıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin meyitini çıxarmaq üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub.

İlkin müayinə zamanı Y. Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub. 

Qəza nəticəsində avtomobildə olan sərnişin, Y. Muradovun böyük qardaşı 81 yaşlı  Ziyafəddin Şəmsəddin oğlu Muradov yaralanıb. 
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3910

Oxşar yazılar