Bakının ən böyük prospektində TIXAC
01 mart 2022 11:01 (UTC +04:00)

Bakının ən böyük prospektində TIXAC

Səhər saatlarından Bakının əksər yollarında güclü tıxac müşahidə olunur.

Lent.az xəbər verir ki, sıxlıq əsasən, aeroport yolu və Heydər Əliyev prospektində qeydə alınıb. Bu səbəblə onlarla avtomobil yollarda qalıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli tıxacın Heydər Əliyev prospektindəki qəza səbəbilə yarandığını Lent.az-a bildirib:

“Bu gün paytaxtın əksər yollarında sıxlıq yaranması hava şəraiti, yağış yağması ilə də əlaqədardır. Amma Heydər Əliyev prospektindəki sıxlıq orada zavod yaxınlığında olan qəza ilə bağlıdır. Qəza nəticəsində ölən yaxud xəsarət alan yoxdur. Yol Patrul Xidməti əməkdaşları hadisə yerinə cəlb olunublar və qəza törədən avtomobil yolun hərəkət hissəsindən kənarlaşdırılıb”. 

# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar