Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Fərid Dövlətovdan 345 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir neçə cinayət əməlləri ortaya çıxıb.
F. Dövlətovun “Mercedes” markalı bir yük avtomobilindən akkumulyator, Kürdəxanı qəsəbəsindəki bir yarımtikilidən 5000 manat dəyərində elektrik naqili, bir mağazadan 720 manat pul, 530 manat dəyərində tütün məmulatı və mobil telefon aksesuarları, 15 evdən və 7 həyətyanı sahədən isə ümumilikdə 9100 manat pul, geyim, məişət əşyaları və təmir-tikinti alətləri, inşaat materialları və su sayğacı oğurlaması da müəyyən olunub.