Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Mercedes-Benz" markalı avtomobil "Renault" və "Changan" avtomobilləri ilə toqquşub.
Qəza nəticəsində "Changan"ın sürücüsü Ramin Məmmədov və onun 2 yaşlı qız övladı hadisə yerində ölüb.