Bakıda ticarət mərkəzi yandı
15 aprel 2025 10:20 (UTC +04:00)

Bakıda ticarət mərkəzi yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkəzininin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar

Kəlbəcər sakini Goranboyda minaya düşdü

Kəlbəcər sakini Goranboyda minaya düşdü

31 may 2025 , 14:13
Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55
Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31 may 2025 , 09:25
Goranboyda qardaş bacısını bıçaqladı

Goranboyda qardaş bacısını bıçaqladı

31 may 2025 , 07:48