Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsindəki evlərdən birində qeydə alınıb. Orada kirayədə yaşayan Quba rayon sakini, 51 yaşlı Çimnaz Məmmədovanın meyiti evin hamamında aşkar edilib.
Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir. Ölümün səbəblərini müəyyən etmək üçün tibbi-ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.