Fevralın 28-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsindəki evlərin birindən 17 min manat pul və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu ev sahibinin arvadının törətdiyi müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.