Bakıda maşından 200 kilo  LEŞ ƏTİ   aşkarlandı
28 fevral 2022 11:02 (UTC +04:00)

Bakıda maşından 200 kilo LEŞ ƏTİ aşkarlandı

Bakıda avtomobildə külli miqdarda yararsız ət aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Mehman Nəbiyev

Oxşar yazılar