27 yaşlı Bakı sakini M.Q. sosial şəbəkədə tanış olduğu 28 yaşlı Qusar rayon sakini Z. Çiqalıyevin hədə-qorxusu ilə üzləşib.
Lent.az xəbər verir ki, Z. Çiqalıyev onunla cinsi əlaqədə olması barədə görüntüləri yayacağını deyərək, M.Q.dan 1000 dollar pul istəyib.
Bu barədə zərərçəkən qadın polisə müraciət edib.
Daxil olan müraciət əsasında araşdırmalar başlanılıb. Z. Çiqalıyev polis saxlanılıb.
Araşdırmalar davam edir.