Bakıda evlərdən 2 meyit tapıldı
29 dekabr 2025 19:33 (UTC +04:00)

Bakıda evlərdən 2 meyit tapıldı

0

Bakıda evlərdən iki meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb. 

Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı F.X.Xoyski prospekti ev 146 mənzil 50-də tapılıb.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar