Bakıda evə basqın edən silahlının YENİ VİDEOSU  - BASQIN ANI
10 sentyabr 2024 18:22 (UTC +04:00)

Bakıda evə basqın edən silahlının YENİ VİDEOSU - BASQIN ANI

Bakıda evə basqın edərkən polis tərəfindən zərərsizləşdirilən silahlının yeni görüntüləri yayılıb. 

Lent.az basqın anının görüntülərini təqdim edir: 

***

Saat 09:57

Bakıda baş verən silahlı qarşıdurma ilə bağlı bəzi detallar məlum olub.

Lent.az "Baku TV"yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.

***

9 sentyabr, saat 23:24

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibindən polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısını polis əməkdaşları almaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7161
avatar

Oxşar yazılar