Sabirabadda QƏZA:  Avtomobillər toqquşdu, ölən var
10 sentyabr 2024 13:32 (UTC +04:00)

Sabirabadda QƏZA: Avtomobillər toqquşdu, ölən var

Sabirabbadda qəza baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Surra kəndi istiqamətində qeydə alınıb.

28 yaşlı Cəlal Mehdiyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Padarçöl istiqamətində hərəkətdə olan 35 yaşlı Səbuhi Süleymanlı idarə etdiyi “Kia Ceed” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin Səbuhi Süleymanlı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, sentyabrın 9-da saat 14 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində C.Mehdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə S.Süleymanlının idarə etdiyi “Kia” markalı minik avtomobili toqquşub. Nəticədə S.Süleymanlı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Arzu Qurbanlı

Oxşar yazılar