Məşhur müğənni sonsuz olduğunu  açıqladı
10 sentyabr 2024 19:13 (UTC +04:00)

Məşhur müğənni sonsuz olduğunu açıqladı

Amerikalı müğənni Selena Qomez şəxsi həyatı ilə bağlı kədərli xəbər paylaşıb.

Lent.az-ın xəbərinə görə,  aktrisa sosial şəbəkə hesabında həkimlərin ona sonsuzluq diaqnozu qoyduğunu bildirib.

Onun səhhətində problemlər var, buna görə hamiləlik halında onun və uşağın həyatı risk altında ola bilər.

"Mən bunu heç vaxt deməmişəm, amma təəssüf ki, mənim həyatımı və uşağın həyatı üçün təhlükə yarada biləcək bir çox tibbi problemlərim var" deyən Selana əlavə edib ki, süni yolla ana olmaq ümidini itirmir. O, körpəni övladlığa götürmək və ya surroqat ananın köməyi ilə uşaq dünyaya gətirmək kimi variantları nəzərdən keçirir.

Qomez bir vaxtlar anasının da bir ailə tərəfindən övladlığa götürüldüyünü, ona görə də bu vəziyyətin ona nümunə olduğunu bildirib.

Qeyd edək ki, Selena Qomezin adı bu yaxınlarda milyarderlər siyahısına salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar