Sabiq Baş nazirin qardaşı həbs edildi: Miqrantlara Avropaya köçməyə kömək edib
11 noyabr 2026 23:02 (UTC +04:00)

Sabiq Baş nazirin qardaşı həbs edildi: Miqrantlara Avropaya köçməyə kömək edib

0

Macarıstan məhkəməsi sabiq Baş nazir Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orban barəsində bir aylıq həbs qətimkan tədbiri seçib. O, nüfuz alverində və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.

Lent.az xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo məlumat verib.

Onun sözlərinə görə, Aron Orbanın şəriklərindən biri barəsində də həbs qətimkan tədbiri seçilib, daha bir nəfər ev dustaqlığına göndərilib, dördüncü şübhəli isə sərbəst buraxılıb.

İstintaqın versiyasına görə, Aron Orban və biznes tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarına pul müqabilində Avropaya köçməyə kömək ediblər.

Onların Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının alınmasına yardım göstərdikləri və bunun müqabilində şəxsi gəlir əldə etdikləri iddia olunur.

Məlumata görə, 2024-cü ildə bu yolla 100-dən çox şəxsə qanunsuz xidmət göstərilib.

Qeyd edək ki, Aron Orban və iş üzrə daha üç nəfər noyabrın 9-da saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar