Payızda bu vərdişlər xəstələnməyə  səbəb olur
10 sentyabr 2024 17:39 (UTC +04:00)

Payızda bu vərdişlər xəstələnməyə səbəb olur

Həkim Svetlana Burnatskaya immuniteti aşağı salan amilləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, yuxusuzluq və stress payızda immuniteti zəiflədir.

Yuxunun olmaması, həddindən artıq stress və bir sıra digər amillər payızda immunitetin azalmasına və xəstəlik riskini artıra bilər. 

Xroniki stress immunitet sistemini sıxışdıra bilən kortizol istehsalına səbəb olur. Orqanizmin viruslarla mübarizə qabiliyyətinə pis qidalanma və oturaq həyat tərzi də təsir edir.

Uşaqlar və qocalar ən çox payızda xəstələnirlər. Uşaqlarda immun sistemi hələ tam formalaşmayıb, yaşlı insanlarda isə yaşla birlikdə zəifləyir. Diabet, astma və ürək-damar xəstəlikləri olan xəstələr də risk altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Arzu Qurbanlı

Oxşar yazılar