Baş prokurordan qanun pozuntuları ilə bağlı GÖSTƏRİŞ
10 sentyabr 2024 16:00 (UTC +04:00)

Baş prokurordan qanun pozuntuları ilə bağlı GÖSTƏRİŞ

Bu gün Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, qəbulda iştirak edən 31 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar