Turistlərin Avropanın ən ucuz şəhərlərindən birinə getməsi bahalaşır
10 sentyabr 2024 14:50 (UTC +04:00)

Turistlərin Avropanın ən ucuz şəhərlərindən birinə getməsi bahalaşır

Portuqaliyanın ikinci ən böyük şəhəri və Avropanın ən ucuz şəhər tətil yerlərindən biri olan Porto, həddindən artıq turizmlə mübarizə çərçivəsində turist vergisinin 2 avrodan 3 avroya qaldırıldığını açıqlayıb.

Lent.az-ın məlumatına görə, Porto Şəhər Şurasının bəyanatında bildirilir ki, şəhərdə gecələyən turistlərin əlavə ödəniş etməli olacaqlar. Üstəlik, söhbət şəhərin bütün qeyri-rezidentlərindən - təkcə əcnəbilərdən deyil, digər bölgələrdən olan Portuqaliya vətəndaşlarından da aiddir.

Şəhərin meri Rui Moreira sözlərinə görə, indiki 2 avroluq vergi kifayət deyil və səlahiyyətlilər şəhəri "davamlı turizm məkanı" kimi qorumaq üçün daha çox iş görməlidir.

"Portonu dayanıqlı turizm məkanı kimi saxlamaq lazımdır, deqradasiyanın və həddən artıq doluluğun qarşısını almaq lazımdır ki, bu da turizmin idarə edilməsi siyasətlərinin tənzimlənməsi deməkdir". 

Porto Şəhər Şurası mədəniyyət, irs, ətraf mühit, enerji, həyat keyfiyyəti, şəhərsalma, mənzil və nəqliyyat kimi sahələrdə keçən ilki turizm xərcləri üçün yeni turist vergisi məbləğini əsaslandırıb. Bu da bələdiyyə sədrinin sözlərinə görə, təminat üçün zəruridir. 

"Bu xərclərə əlavə olaraq, Porto brendi, şəhərdə turizmin təşviqi, Porto brendinin beynəlmiləlləşdirilməsi və turizm xidmətinin modernləşdirilməsi üzrə xərc maddələri var", - mer bildirib. 

Qərarın hansı tarixdən qüvvəyə minəcəyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Sevinc Fərid

Oxşar yazılar